Poçettinonun ilk transfer hədəfi bilindi
PSG-nin yeni baş məşqçisi Maurisio Poçettinonun ilk transfer hədəfi müəyyənləşib.
Goal.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Məlumata görə, 48 yaşlı mütəxəsssis sabiq klubu Tottenham-ın oyunçusu Dele Allini kluba gətirməyi düşünür. Rəhbərlik də onun qərarını dəstəkləyib və bu ay 24 yaşlı yarımmüdafiəçini almaq istəyir.
Qeyd edək ki, Poçettino 2 gün əvvəl Tomas Tuxelin postuna təyin olunmuşdu.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA