08/01/2021
10:08
1961
| A A A
PSG satacağı ilk futbolçunu müəyyənləşdirdi

Fransanın PSG klubu qış fasiləsində satacağı ilk futbolçunu müəyyənləşdirib.

Goal.az xəbər verir ki, yarımmüdafiəçi Yulian Draksler transferə çıxarılacaq.

Müqavilə müddəti mövsümün sonuna qədər olan almaniyalı oyunçu özü komandada qalmaq niyyətindədir. Lakin idman direktoru Leonardo və yeni baş məşqçi Maurisio Poçettino gələn həftə Drakslerin durumunu müzakirə edəcək və futbolçunu razı salmağa çalışacaq.

Qeyd edək ki, Yulian Draksler PSG-yə 2017-ci ilin yanvarında Almaniya klubundan keçib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24505 səs