Fransa Superkubokunun sahibi bəlli oldu
PSG Marseille komandası üzərində qələbə qazanaraq Fransa Superkubokuna yiyələnib.
Goal.az xəbər verir ki, görüş Lansedə keçirilib və 2:1 hesabı ilə qurtarıb.
Qarşılaşmada hesab 39-cu dəqiqədə açılıb. PSG-nin hücumçusu Mauro İkardi komandasının azarkeşlərini sevindirib. Matçın 85-ci dəqiqəsində Neymar 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirərək klubun hesabdakı üstünlüyünü artırıb. Bundan 4 dəqiqə sonra Marseille-nin yarımmüdafiəçisi Dimitri Payet komandasının təsəlli qolunu vurub.
Bununla da PSG Fransa Superkubokunun sahibi olub. Komanda koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatmış 2019/2020 mövsümünün çempionu elan edilib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR