Fransa klubunda kütləvi yoluxma
Fransanın Lorient komandasında koronavirusa yeni yoluxma halları qeydə alınıb.
Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisində daha 4 futbolçunun testi müsbət çıxıb.
Bununla da virusa yoluxan oyunçuların sayı 11-ə çatıb. Onların hər biri karantinə alınıb.
Qeyd edək ki, klub 19 turdan sonra 12 xalla 20 komanda arasında 19-cudur.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR