PSG-nin futbolçusu qarət olundu
PSG-nin futbolçusu Mauro İkardinin evi qarət olunub.
Goal.az xəbər verir ki, oğurluq hadisəsi yanvarın 30-da gecə saatlarında baş verib. Soyğuncular evə pəncərədən daxil olublar.
Həmin gün PSG Fransa çempionatının XXII turunda səfərdə Lorient-a üz-üzə gəlib. 28 yaşlı hücumçunun evindən zinət əşyaları, saatlar və bəzi geyimlər götürülüb. İkardiyə 400 min avro məbləğində ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, PSG Lorient-a 2:3 hesabı ilə uduzub.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR