02/02/2021
18:26
990
| A A A
Fransa klubunda məşqçi istefası

Marseille-in baş məşqçisi Andre Villaş-Boaş istefa verib.

Goal.az xəbər verir ki, bu barədə 43 yaşlı mütəxəssis özü bildirib. O, bu gün istefa verdiyini deyib.

Marseille bu mövsüm portuqaliyalı çalışdırıcının rəhbərliyi altında Liqa 1-də 32 xal toplayıb və 9-cu pillədə qərarlaşır. 2 gün əvvəl isə azarkeşlər komandanın bu nəticəsindən narazı olduğu üçün prezident Jak-Anri Eyraudun istefasını tələb edərək, klubun bazasına hücum çəkmişdilər.

Qeyd edək ki, A.Villaş-Boaş 2019-cu ildən Marseille-in baş məşqçisi idi.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs