06/02/2021
10:40
426
| A A A
Fransa klubunda məşqçi istefası

Fransanın  Nimes klubu baş məşqçisi Jerom Arpinonu istefaya göndərib.

Goal.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Komanda müvəqqəti olaraq Paskal Plankeyə tapşırılıb.

Arpinon bu mövsümün əvvəlindən Nimes-ə rəhbərlik edirdi. Onun çalışdırdığı kollektiv bu mövsüm meydana çıxdığı 22 oyunda cəmi 15 xal toplaya bilib. Komanda 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs