Fransa klubunda məşqçi istefası
Fransanın Nantes klubunun baş məşqçisi Raymon Domenek istefaya göndəriləcək.
Goal.az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışıdır.
69 yaşlı mütəxəssis ötən ilin dekabrından Liqa 1 təmsilçisinə başçılıq edir. Nantes onun rəhbərliyi altında keçirdiyi 8 oyunun 4-də heç-heçə edib, 4-də isə uduzub.
Həmçinin komanda Lans-a 2:4 hesabı ilə uduzaraq Fransa kubokunda mübarizəni dayandırıb.
Təcrübəli baş məşqçinin Nantes-la müqaviləsi cari mövsümün sonunadəkdir. Onu bu vəzifədə Antuan Kambuere əvəzləyəcək.
Qeyd edək ki, Raymon Domenek 2004 - 2010-cu illərdə Fransa millisinə başçılıq edib. O, "xoruzlar"la 2006-cı il dünya çempionatının finalınadək irəliləyib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR