15/02/2021
23:01
1387
| A A A
Mbappenin talehinə aydınlıq gəldi

PSG-nin futbolçusu Kilian Mbappe 2022-ci ilin yayında başa çatacaq müqaviləsinin sonunadək komandadan ayrılmayacaq.

Goal.az xəbər verir ki, 23 yaşlı hücumçu Paris təmsilçisində qalmağa qərar verib.

Fransalı forvard artıq bu barədə klub rəhbərliyini də məlumatlandırıb və heç bir komanda ilə anlaşmadığını bildirib. Futbolçunun ailəsi də onun qərarını dəstəkləyib.

Qeyd edək ki, 2018-ci ildən PSG-də çıxış edən Kilian Mbappe cari mövsümdə 28 oyun keçirib, 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs