01/03/2021
15:39
971
| A A A
Fransa klubunda məşqçi istefası

Rennes-in baş məşqçisi Julien Stefan istefa verib.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssisin öz istəyi ilə vəzifəsindən ayrıldığı bildirilib.

Komandada baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq, fransalı çalışdırıcının köməkçisi Filip Bisel yerinə yetirəcək.

Qeyd edək ki, Stefan 2018-ci ildən Rennes-də işləyirdi. Komanda bu mövsüm onun baş məşqçiliyi altında yerli çempionatda 38 xal toplayıb və turnir cədvəlində 9-cu yerdədir.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13513 səs