05/03/2021
14:27
1153
| A A A
Fransa klubunda yeni baş məşqçi

Rennes-in yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Bruno Jenezio çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 54 yaşlı fransız mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Qeyd edək ki, Bruno Jenezio bir neçə gün öncə istefaya göndərilmiş Julyen Stefanı əvəz edib. Onun istefasına komandanın uğursuz çıxışı səbəb olub. Rennes bu mövsüm Liqa 1-də 27 oyuna topladığı 38 xalla 10-cu pillədə qərarlaşıb.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15543 səs