15/03/2021
11:22
2117
| A A A
PSG-nin futbolçularının evləri qarət edilib, ailələri girov götürülüb

PSG Anxel Di Mariya və Markinyosun evləri Fransa çempionatının XXIX turunun Nantes-la matçı zamanı soyulub.

Goal.az xəbər verir ki, bu barədə ESPN bildirib.

Məlumata görə, futbolçuların ailələri evdə olarkən cinayətkarlar mənzilləri qarət ediblər və onları girov götürüblər. Matç zamanı “parislilər”in idman direktoru Leonardo klubun baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib. Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və ailəsinin yanında olmaq üçün dərhal evə yola düşüb.

Qeyd edilir ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb, klub iki oyunçuya və onların ailələrinə tam dəstəyini təklif edəcək.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15550 səs