22/03/2021
10:40
1354
| A A A
Mbappedən rekord göstərici

Liqa 1-in 30-cu turunda Lyon-la matç (4:2) PSG-nin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, 22 yaşlı hücumçu görüşdə dubl etməklə yerli çempionatda vurduğu qolların sayını 100-ə çatdırıb. Həmçinin fransalı oyunçu bunu Lionel Messi, Robert Levandovski, Kriştiano Ronaldo və Zlatan İbrahimoviçdən daha gənc yaşında bacarıb (22 yaş 91 gün). Belə ki, Messi 23 yaş 149 günündə, Levandovski 24 yaş 200 günündə, Ronaldo 25 yaş 22 günündə, İbrahimoviç isə 26 yaş 102 günündə çıxış etdiyi yerli liqada 100-cü qolunu vurub.

Qeyd edək ki, Mbappe bu mövsüm Liqa 1-də 24 matça çıxaraq, 18 qol vurub və 6 qolun ötürməsini verib.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15546 səs