30/05/2021
12:56
2244
| A A A
Lyon-un yeni məşqçisi bilindi

Lyon-un yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Peter Boş çalışdıracaq.

57 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Boşun sonuncu iş yeri Almaniyanın Bayer komandası olub. O, Bundesliqa klubundan bu ilin mart ayında istefaya göndərilmişdi.



Boş Lyon-da bir neçə gün öncə istefaya göndərilmiş Rudi Qarsiyanı əvəz edib. Onun çalışdırdığı komanda Liqa 1-də geridə qalan mövsümü 4-cü pillədə başa vurub və Avropa Liqasında oynamaq hüququ qazanıb.