04/06/2021
18:45
2260
| A A A
Burak Yılmaz mövsümün futbolçusu seçildi

Türkiyə millisinin kapitanı Burak Yılmaz Lille-də 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Goal.az xəbər verir ki, o, klubun saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub. 35 yaşlı hücumçu 52.2 faiz səs toplayıb. Mayk Menyan 2-ci (28.7 faiz səs), Benjamin Andre (9.6 faiz səs) 3-cü olub.

Qeyd edək ki, B.Yılmaz başa çatan mövsümdə bütün turnirlərdə meydana çıxdığı 28 matçda 16 qol vurub.