27/07/2021
20:22
4280
| A A A
PSG-də Ramos şoku

Bir müddət əvvəl PSG-yə keçən Serxio Ramos zədələnib.

Goal.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. 35 yaşlı müdafiəçi məşq zamanı sol baldırından zədələnib. İspaniyalı futbolçu bir həftə sonta məşqlərə başlayacaq.

Ramos avqustun 1-də Lille-lə keçiriləcək superkubok oyununda komandasına kömək edə bilməyəcək.