01/08/2021
19:46
2341
| A A A
İkardi gələcək karyerasıyla bağlı açıqlama verdi

Mauro İkardi PSG-dən ayrılacağı iddialarına münasibət bildirib.

Goal.az xəbər verir ki, 28 yaşlı futbolçu, instaqram hesabında etdiyi paylaşımda PSG-də qalacağını qeyd edib:

“PSG-də qalıram. Heç zaman verdiyim qərarın düzgünlüyünə şübhə etməmişəm. İrəli, PSG!”

İkardinin PSG ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.