17/08/2021
12:55
6012
| A A A
Mbappe PSG-nin təklifini geri çevirdi

PSG-nin hücumçusu Kilian Mbappe klubunun yeni müqavilə imzalamaqla bağlı növbəti təklifini rədd edib.

Goal.az xəbər verir ki, o, 6 illik müqavilə təklifini müsbət cavablandırmayıb. Bildirilir ki, fransalı oyunçu bu yay Real Madrid-ə transfer olunmaq istəyir.

Qeyd edək ki, Mbappenin Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin yayı başa çatır.