23/10/2021
11:22
1379
| A A A
Ramosun debüt tarixi bilindi

PSG-nin futbolçusu Serxio Ramos zədəsini sağaldıb.

Goal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi gələn həftədən etibarən komanda ilə birgə məşqlərə qatılacaq. Onun noyabr ayında debüt edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, yayda Real Madrid-dən PSG-yə keçən Serxio Ramos ayaq əzələsindəki zədə səbəbindən AVRO-2020-ni də buraxmalı olub.