26/10/2021
15:04
1320
| A A A
Ramos zədəsini sağaldıb

PSG-nin futbolçusu Serxio Ramos zədəsini tam sağaldıb.

Goal.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Xəbərdə, 35 yaşlı müdafiəçinin bu gün komanda ilə ümumi məşqlərdə iştirak edəcəyi bildirilib.

İspan oyunçunun Liqa 1-in 12-ci turunda, oktyabrın 29-u keçiriləcək Lille-ə matçda debüt edəcəyi gözlənilir.

Ramos yayda PSG ilə müqavilə imzalayıb. Ancaq o, yeni klubunda hələ rəsmi debüt etməyib.