27/10/2021
00:11
1409
| A A A
PSG-də şok itki

PSG ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Marko Verratti zədələnib.

İtaliyalı yarımmüdafiəçinin Liqa 1-in 11-ci turu çərçivəsində baş tutan Mrseille-lə səfər oyununda sıradan çıxıb.

Bud əzələsindən xəsarət alan futbolçunun təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Verrati qarşıdakı üç çempionat matçında forma geyinə bilməyəcək. O, UEFA Çempionlar Liqasında Almaniyanın Leipzig komandasına qarşı keçirəcəkləri matçı da buraxacaq.

Bundan başqa, Verratti İtaliya millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçrə və Şimali İrlandiya ilə oyunlarını da buraxmalı olacaq.