29/10/2021
20:51
2106
| A A A
PSG-də 4 ciddi itki

PSG Fransa Liqa 1-in 12-ci turunda son çempion Lille-i qəbul edəcək.

Goal.az xəbər verir ki, Paris təmsilçisinin dörd futbolçusu sözügedən matçı buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. PSG-də hücumçu Kilian Mbappe, yarımmüdafiəçi Marko Verratti, Leandro Paredes və müdafiəçi Serxio Ramos Lille-lə oyunu buraxacaq.

Bu gün keçiriləcək PSG – Lille matçı saat 23:00-da başlayacaq.