07/11/2021
12:21
2266
| A A A
Neymar 400-ə çatdı

Braziliya millisinin və PSG-nin futbolçusu Neymar karyerasında 400-cü və 401-ci qoluna imza atıb.

Goal.az xəbər verir ki, 29 yaşlı hücumçu Liqa 1-in XIII turunda Bordeaux-a 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib.

O, Paris təmsilçisində 90, ölkəsinin Santos klubunda 136, Barcelona-da 105 və Braziliya yığmasında 70 dəfə fərqlənib.

Neymar PSG-nin bombardirləri siyahısında 8-ci pilləyə yüksəlib. Forvard komanda yoldaşı Anxel Di Mariyanı (89 qol) üstələyib.