19/11/2021
12:28
1620
| A A A
PSG-də şok itki

PSG-nin futbolçusu Neymar Braziliya millisinin düşərgəsindən zədəli qayıdıb.

Goal.az xəbər verir ki, tibbi müayinədən keçən 29 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb.

Təcrübəli forvardın bu səbəbdən Nantes-a qarşı Liqa 1 matçını buraxacağı dəqiqdir. Onun Manchester City ilə UEFA Çempionlar Liqasının qrup oyununda meydana çıxıb-çıxmayacağı isə sual altındadır.

Zədəsini yenicə sağaldan Serxio Ramos, Marko Verratti və Presnel Kimpempenin isə qarşıdakı görüşdə oynayacağı gözlənilir.