29/11/2021
12:51
1431
| A A A
PSG Neymarı itirdi

Ötən gün Fransa Liqa 1-in 15-ci turunda Saint Ettiene-lə oyunda zədələnən PSG-nin futbolçusu Neymar ilkin tibbi müayinədən keçib.

Goal.az xəbər verir ki, topuğundan zədə alan braziliyalı hücumçu 6 həftə yaşıl meydanlardan kənar qala bilər. Təkrar müayinədən sonra Neymarın vəziyyəti tam dəqiqləşəcək.

Xatırladaq ki, görüşün sonun yaxın rəqib futbolçunun kobud oynaması nətcəsində yerdə qalan Neymara həkimlər bir neçə dəqiqə yardım göstərib və meydanı xərəkdə tərk edib.