30/11/2021
18:33
1412
| A A A
PSG Markinyosla bağlı qərarını verdi

PSG-nin Markinyosla bağlı planları bəlli olub.

Goal.az xəbər verir ki, Paris təmsilçisi kapitanını heyətində saxlamağa qərar verib.

Klub rəhbərliyi müdafiəçi ilə anlaşmanı uzadacaq. Ona təklif olunacaq yeni müqavilənin müddəti də bəllidir. Markinyosla yeni anlaşma 2026-cı ilin yayına qədər olacaq.

Qeyd edək ki, braziliyalı müdafiəçinin indiki müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.