03/12/2021
17:30
1036
| A A A
PSG azarkeşlərinə görə cəzalandı

PSG klubu cəzalandırılıb.

Goal.az xəbər verir ki, Paris təmsilçisinin ev oyunlarını keçirdiyi Park de Prens stadionunun tribunalarından biri 2 oyunluq bağlanacaq.

Fransa Peşəkar Futbol Liqası Nantes-a qarşı keçirilən Liqa 1 matçında azarkeşlərin priotexniki vasitələrdən istifadə etdiyi üçün Paris klubunu cəzalandırıb.

Qeyd edək ki, PSG – Nantes matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.