04/12/2021
17:19
1814
| A A A
PSG Ramosu növbəti səfər itirdi

PSG Fransa Liqa 1-in 17-ci turunda Lans-la qarşılaşacaq.

Goal.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Serxio Ramos sözügedən oyunda iştirak etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ramos əzələsində olan problemə görə komandadan ayrı məşq edir və Lans-la matçı da buraxacaq.

Bu gün keçiriləcək Lans – PSG matçı saat 00:00-da başlayacaq.