19/01/2022
22:55
5818
| A A A
Zidanın yeni klubu bilindi

Real Madrid-in sabiq baş məşqçisi Zinəddin Zidan karyerasını Fransada davam etdirə bilər.

Goal.az xəbər verir ki, artıq PSG-nin 49 yaşlı mütəxəssisə təklif göndərdiyi iddia edilir. Komandanın futbolçuları Zidanın gələn mövsüm artıq kluba rəhbərlik edəcəyinə ümid edirlər.

Qeyd edək ki, hal-hazırda fransız mütəxəssis işsizdir.