16/04/2022
12:50
1460
| A A A
Liqa 1-də ayın futbolçusu seçildi

Fransa Liqa 1-də mart ayının ən yaxşı futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, Rennes-in hücumçusu Marten Terye ötən ayın ən yaxşısı seçilib.

Azarkeşlər arasında keçirilən sorğuda 35 faiz səs toplayan 25 yaşlı forvard hamını qabaqlayıb. Monaco-nun üzvü Vissam Ben Yedder 33 faiz səslə 2-ci, Marseille-in hücumçusu Arkadiuş Milik isə 32 faiz səs toplayaraq 3-cü olub.