17/04/2022
16:46
887
| A A A
PSG-nin zədəliləri sağaldı

PSG-nin iki futbolçusu zədəsini sağaldıb.

Goal.az xəbər verir ki, qapıçı Keylor Navas və yarımmüdafiəçi Anxel Di Mariya məşqlərə qoşulub.

Hər iki oyunçu Liqa 1-in 32-ci turunda Marseille-ə qarşı keçiriləcək matçda iştirak edə bilər.

Qeyd edək ki, PSG - Marseille matçı bu gün saat 22:45-də başlayacaq.