Navas karyerasıyla bağlı qərarını verdi
PSG-nin qapıçısı Keylor Navas gələcək karyerasıyla bağlı qərarını verib.
Goal.az xəbər verir ki, kosta-rikalı futbolçu PSG-dən ayrılmaq istəyir. O, bu mövsüm bütün yarışlarda 23 matça çıxsa da, oyun praktikasının azlığından narazıdır.
Qeyd edək ki, Navasın PSG ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.