25/04/2022
20:17
1106
| A A A
Fabreqas karyerasıyla bağlı qərarını verib

Monaco-nun yarımmüdafiəçisi Sesk Fabreqas mövsümün sonunda karyerasını başa vuracaq.

Goal.az xəbər verir ki, 34 yaşlı ispaniyalı yarımmüdafiəçinin Monaco ilə müqaviləsi yayda başa çatır. Fransa klubu Fabreqasla yeni müqavilə imzalamayacaq. Futbolçunun mövsümün sonunda karyerasını bitirəcəyi bildirilir.

Qeyd edək ki, Fabreqas 2019-cu ildən Monaco-da çıxış edir.