PSG ulduz futbolçusuyla yeni müqavilə imzalayacaq
PSG yarımmüdafiəçisi Marko Verratti ilə müqaviləni uzatmağa hazırlaşır.
Goal.az xəbər verir ki, klubun yaxın vaxtlarda futbolçu ilə razılığa gələcəyi gözlənilir.
29 yaşlı yarımmüdafiəçinin PSG ilə hazırkı müqaviləsi 2024-cü ildə başa çatır.
Qeyd edək ki, Verratti 2012-ci ildən Paris klubunda çıxış edir.