Fransada mövsümün futbolçusu adına namizədlər bilindi
Fransa Peşəkar Futbolçular İttifaqı Liqa 1-də 2021/2022 mövsümünün ən yaxşı oyunçusu adına namizədləri siyahısını açıqlayıb.
Goal.az xəbər verir ki, namizədlər sırasında Killian Mbappe (PSG), Vissam Ben-Yedder (Monaco), Dmitri Payet (Marseille), Lukas Paketa (Lyon) və Martin Terye (Rennes) yer alıb.