04/05/2022
17:51
1840
| A A A
Messi və Neymar mövsümün oyunçusu adına namizədlərin siyahısına düşməyib

Futbol üzrə Fransa çempionatında 2021/2022 mövsümünün ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Goal.az xəbər verir ki, PSJ-nin ulduz futbolçuları Lionel Messi və Neymar siyahıdan kənarda qalıb.

Əvəzində Paris təmsilçisindən Kilian Mbappe, Monaco-dan Vissam Ben-Yedder, Marseille-dən Dmitri Payet, Lyon-dan Lukas Paketa və Renn-dən Marten Terrye namizədlər sırasında yer alıblar.

Qeyd edək ki, qalibin adı mayın 15-də bəlli olacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI