Fransa kubokunun qalibi müəyyənləşdi
Fransa kubokunda 2021/22 mövsümünün final qarşılaşması keçirilib.
Goal.az xəbər verir ki, həlledici oyunda Nice və Nantes komandaları üz-üzə gəlib.
Rəqibini 1:0 hesabıyla məğlub edən Nantes ölkə kubokunu qazanıb. Matçdakı yeganə qolu 47-ci dəqiqədə Lüdovik Blas vurub.
Liqa 1-də 9-cu pillədə qərarlaşan Nantes tarixində 4-cü dəfə Fransa kubokunu qazanıb. Sözügedən klub son olaraq 22 il əvvəl – 1999/2000 mövsümündə belə uğura imza atmışdı.