Neymar 6-cı pilləyə yüksəldi
PSG-nin futbolçusu Neymar yeni uğura imza atıb.
Goal.az xəbər verir ki, o, buna Liqa 1-in 36-cı turunda Troyes ilə matçda penaltidən fərqlənməklə nail olub. 30 yaşlı hücumçu parislilərin heyətində 99-cu qolunu vurub. Bunun sayəsində o, Mustafa Dalebanı qabaqlayaraq klubun bombardirləri siyahısında 6-cı yerə yüksəlib.