19/05/2022
17:50
2226
| A A A
Liqa 1-də mövsümün futbolçusu seçildi

Fransa Liqa 1-də 2021/2022 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, mövsümün ən yaxşısı PSG-nin hücumçusu Kilian Mbappe seçilib. 23 yaşlı futbolçu bununla da, ardıcıl üç ildir ki, ən yaxşı seçilir.

Mbappe bu mövsüm PSG-nin heyətində bütün turnirlərdə 45 matçda 36 qol vurub və 26 assist edib.