PSG-də ayrılıq
PSG-nin idman direktoru Leonardo vəzifəsindən uzaqlaşdırılıb.
Goal.az xəbər verir ki, Leonardo 2011/2012 mövsümündən 2013/2014 mövsümünün sonuna kimi PSG-nin idman direktoru vəzifəsində çalışıb. Daha sonra braziliyalı Milan və Antalyaspor klublarında müxtəlif vəzifələrdə işləyib. 2019-cu ildə Leonardo yenidən PSG-nin idman direktoru təyin edilmişdi.