30/05/2022
12:10
8570
| A A A
Fransanın ən titullu klubu aşağı liqaya düşdü

Fransa Liqa 1-də 2022/23 mövsümünün sonuncu iştirakçısı müəyyənləşib.

Goal.az xəbər verir ki, Liqa 1-də 2021/22 mövsümünü 18-ci pillədə bitirmiş Saint-Etienne-lə Liqa 2-dən Auxerre-ə pley-off matçına çıxıb.

İlk matç 1:1 hesabı ilə yekunlaşıb. Sent-Etyendə baş tutan cavab qarşılaşması da eyni hesabla baş çatdığından penalti seriyasına ehtiyac duyulub. Auxerre 5:4 qalib gələrək yüksək liqaya vəsiqə qazanıb. Belədə, Fransanın ən çox çempionluq qazanmış iki komandasından biri olan Saint-Etienne aşağı liqaya düşüb.