Fransa klubunda baş məşqçi ayrılığı
Saint Etienne baş məşqçisi ilə yolları ayırıb.
Goal.az xəbər verir ki, Liqa 1-i tərk edən klubun çalışdırıcısı Paskal Düpraz istefaya göndərilib.
18-ci turdan sonra baş məşqçi təyin olunan Düpraz komandanı təhvil alan zaman cəmi 12 xalı olan Saint Etienne qalan 20 oyunda xal ehtiyatını 32-yə çatdırmasına baxmayaraq, yüksək liqada yerini qoruya bilməyib.