17/06/2022
18:22
556
| A A A
Lille-də ayrılıq

Lille baş məşqçisi Joslen Qurvennek ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, fransız mütəxəssis ötən il Lille-in sükanı arxasına keçmişdi. Qurvennekin rəhbərliyi altında Lille Fransa Superkubokunun qalibi oldu və Çempionlar Liqasında pley-off oynadı. Lakin ölkə çempionatını 10-cu pillədə başa vurdular. 

Qeyd edək ki, 50 yaşlı mütəxəssisin əvəzinə Lille klubunun rəhbərliyi Roma-nın keçmiş çalışdırıcısı Paulu Fonsekə təklif göndərməyi düşünür.