PSG yeni baş məşqçi axtarışındadır
PSG baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayıracaq.
Goal.az xəbər verir ki, Paris klubu Nice-in baş məşqçisi Kristof Qalte ilə danışıqlar aparır. Nice isə baş məşqçisini buraxmaq niyyətinə deyil.
Qeyd edək ki, Qaltenin Nice ilə 2024-cü ilə qədər müqaviləsi var.