PSG yeni baş məşqçidən ötrü 10 milyon avro kompensasiya ödəyəcək
PSG-nin baş məşqçisi Maurisio Poçettino bu həftə postundan istefaya göndəriləcək.
Goal.az xəbər verir ki, Paris təmsilçisi bu posta hazırda Nice-da çalışan Kristof Qaltyeni gətirmək istəyir. Ona görə həmin kluba 10 milyon avro kompensasiya ödəniləcək.
Poçettinonun istefası iyunun 23-də baş verəcək. Argentinalı mütəxəssisə və köməkçilərinə 15 milyon avro ödəniləcək. Qaltyenin Nice ilə müqaviləsinin pozulmasından ötrü aparılmış danışıqlarda kompensasiya məbləği sarıdan ortaq məxrəcə gəlinməsi uzun müddətdən sonra mümkün olub.
İyulun 4-də PSG məşqləri yeni baş məşqçinin rəhbərliyi altında bərpa edəcək. (report)