25/06/2022
15:48
1408
| A A A
Burak Yılmazın yeni klubu müəyyənləşdi

Lille-in keçmiş futbolçusu Burak Yılmaz karyerasına Niderland çempionatında davam edəcək.

Goal.az xəbər verir ki, türk futbolçu Fortuna Sittard-la 5 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 36 yaşlı forvard geridə qalan mövsümdə Lille-in heyətində 40 oyun keçirib, 7 qol vurub və 5 assist edib.