30/06/2022
17:00
2383
| A A A
Neymar PSG-ni tərk etmək istəyir

Braziliya millisinin futbolçusu Neymar PSG-ni tərk etmək istəyir.

Goal.az xəbər verir ki, 30 yaşlı hücumçu Paris təmsilçisində özünü narahat hiss edir.

Klubun onu transferə çıxarmaq istəməsi təcrübəli forvardın narazılığına səbəb olub. Hələlik tərəflər yolları ayırmaqla bağlı danışıqlara başlamayıblar.

Qeyd edək ki, Neymar 2017-ci ildən PSG-də çıxış edir. (report)