05/07/2022
14:44
1420
| A A A
PSG yeni baş məşqçisi ilə müqavilə bağlayıb

PSG yeni baş məşqçisi Kristof Qaltye ilə müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

O, 56 yaşlı mütəxəssisin iyulun 5-də ictimaiyyətə təqdim olunacağını bildirib.

İmza mərasimində Paris təmsilçisinin idman direktoru Luis Kampos da iştirak edib.

Qeyd edək ki, Kristof Qaltye bu vəzifədə Maurisio Poçettinonu əvəzləyib. (report)