PSG 11 futbolçusunu satmaq istəyir
PSG 11 futbolçusunu satmağa hazırdır.
Goal.az xəbər verir ki, siyahıda müdafiəçilər Leven Kürzava, Abdu Diallo, Tilo Kerer, yarımmüdafiəçilər Leandro Paredes, Danilu Pereyra, İdrissa Quye, Ander Errera, Corcinyo Veynaldum, Erik Ebimbe, Yulian Draksler, həmçinin hücumçu Mauro İkardi də yer alıb.
Bunların arasına Neymar və Presnel Kimpembenin adı salınmayıb.
Lakin bu o demək deyil ki, klub onları saxlamaq qərarına gəlib. Hər iki futbolçunun gələcəyi bir sıra amillərdən asılıdır. (report)