22/08/2022
12:52
1920
| A A A
Mbappe Fransa Liqasının tarixinə düşüb

PSG-nin futbolçusu Kilian Mbappe Liqa 1 tarixində ən sürətli qolu vurub.

Goal.az xəbər verir ki, bu, "Opta"nın statistika aparmağa başladığı 2006/2007 mövsümündən sonra baş verib.

Mbappe səfərdə Lille-ə qarşı III tur matçının 9-cu saniyəsində fərqlənib. O, oyun başlayan kimi Lionel Messidən topu alaraq, qapıçını da maneəsiz məğlub edib.

Qarşılaşma PSG-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:1. Bununla da Paris komandası xalını 9-a çatdıraraq, turnir cədvəlində vahid liderə çevrilib. (report)